“Sumqayıt”ın baş məşqçisinin fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib

Futbol
  • 26 iyun, 2019
  • 13:58
“Sumqayıt”ın baş məşqçisinin fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu məqsədlə cəlb olunmuş ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, UEFA-nın “A” kateqoriyalı məşqçisi Edu Karo İspaniyanın “CF Esplugenc”, “CF Damm”, “Terrassa FC”, “CF Gavà” və Səudiyyə Ərəbistanının “Al-Hilal” komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.

44 - Tezliklə