"Sumqayıt"ın baş məşqçisi hakimi təhqir etdiyi üçün beş oyunluq cəzalanıb

"Sumqayıt"ın baş məşqçisi hakimi təhqir etdiyi üçün beş oyunluq cəzalanıb AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu ikisi şərti olmaqla beş oyunluq cəzalandırıb.
Futbol
19 Sentyabr , 2023 13:06
Sumqayıtın baş məşqçisi hakimi təhqir etdiyi üçün beş oyunluq cəzalanıb

AFFA İntizam Komitəsi "Sumqayıt"ın baş məşqçisi Samir Abasovu ikisi şərti olmaqla beş oyunluq cəzalandırıb.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna mütəxəssisin "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Premyer Liqanın VI turunun matçında hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq texniki zonadan kənarlaşdırılması səbəb olub.

Abasova üç ay sınaq müddəti təyin edilib. "Gənclik şəhəri" təmsilçisi isə buna görə 4000 manat ödəməli olacaq.

Bundan əlavə, qonaqların azarkeşləri meydana kənar əşyalar atdığı üçün "Sumqayıt" əlavə 800 manat cərimələnib.

Komitə "Zirə" fanatlarının da eyni hərəkətinə görə paytax klubuna 800 manat cərimə kəsib. "Qartallar"ın futbolçusu Pyer Zebli birbaşa qırmızı vərəqə aldığı üçün iki oyunluq cəza alıb, klub isə 1500 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi