"Sportinq" klubu evi yanan azarkeşi üçün dəstək aksiyası təşkil edib

"Sportinq" klubu evi yanan azarkeşi üçün dəstək aksiyası təşkil edib Portuqaliyanın “Sportinq” klubu azarkeşi Mariya Elviraya dəstək aksiyası təşkil edib.
Futbol
24 Sentyabr , 2024 09:35
Sportinq klubu evi yanan azarkeşi üçün dəstək aksiyası təşkil edib

Portuqaliyanın “Sportinq” klubu evi yanan azarkeşi Mariya Elvira üçün dəstək aksiyası təşkil edib.

"Report" "Sicnoticias"a istinadən xəbər verir ki, 82 yaşlı qadın Portuqaliyada baş verən yanğınlar nəticəsində evini itirib.

O, yanan evdən "Sportinq"in şərfini xilas edə bilib.

Lissabon təmsilçisi Mariyanı AVS klubu ilə çempionat matçına (3:0) dəvət edib. Onu şəxsən klubun prezidenti Frederiku Varnadaş və baş məşqçi Ruben Amorim qarşılayıb. Meydana çıxan qadını azarkeşlər də dəstəkləyib.

Artıq vəsaitin böyük hissəsinin yığıldığı bildirilib.

Son xəbərlər

Orphus sistemi