"Sportinq"in hücumçusu "Qarabağ"a qarşı oynamayacaq

Futbol
  • 19 sentyabr, 2018
  • 07:46
Sportinqin hücumçusu Qarabağa qarşı oynamayacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Bas Dost "Qarabağ"la keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin ilk tur qarşılaşmasını buraxacaq.

“Report” “record.pt” saytına istinadən xəbər verir ki, zədədən əziyyət çəkən hollandiyalı hücumçu komandanın son məşqində iştirak etməyib. Klubun həkim heyəti 29 yaşlı forvardı həftəsonu Portuqaliya Primeyrasının V turunda “Braqa” ilə səfərdə keçirəcəkləri görüşə çatdırmağa çalışacaq.

Qeyd edək ki, sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək "Sportinq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

44 filmi