"Sportinq"in baş məşqçisi "Qarabağ"la oyuna görə üç futbolçusuna istirahət verib

"Sportinq"in baş məşqçisi "Qarabağ"la oyuna görə üç futbolçusuna istirahət verib Bakı. 12 sentyabr. REPORT.AZ/ Qarabağın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya Sportinqi Liqa Kubokunda Maritimu ilə matçda bir neçə futbolçusunun xidmətindən istifadə etməyəcək.
Futbol
12 Sentyabr , 2018 13:24
Sportinqin baş məşqçisi Qarabağla oyuna görə üç futbolçusuna istirahət verib
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya "Sportinq"i Liqa Kubokunda "Maritimu" ilə matçda bir neçə futbolçusunun xidmətindən istifadə etməyəcək.

"Report" "record.pt" saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisinin baş məşqçisi Joze Pezeyru həmin oyunçulara Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la keçirəcəkləri ilk tur qarşılaşmasında şans verəcək.

58 yaşlı mütəxəssis yarımmüdafiəçi Rodriqo Battalya, müdafiəçi Stefan Ristovski və Sebastyan Koatesi Ağdam təmsilçisi ilə oyuna hazırlayacaq. Bu isə heyətə düşməkdə çətinlik çəkən Brunu Qaşpar, Jeremi Matyö, Yosip Mişiç, Markus Vandel və Karluş Mane üçün fürsət ola bilər.

Qeyd edək ki, Portuqaliya Liqa Kubokunda keçiriləcək "Sportinq" - "Maritimo matçı sentyabrın 16-sı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. "Sportinq" - "Qarabağ" oyunu isə bu matçdan 4 gün sonra eyni saatda start götürəcək. 

Son xəbərlər

Orphus sistemi