"Sportinq" Bakıya gətirəcəyi heyəti açıqladı - SİYAHI

"Sportinq" Bakıya gətirəcəyi heyəti açıqladı - SİYAHI Bakı. 27 noyabr. REPORT.AZ/ Portuqaliyanın Sportinq klubu Avropa Liqasında Qarabağla V tur matçı üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb.
Futbol
27 Noyabr , 2018 17:07
Sportinq Bakıya gətirəcəyi heyəti açıqladı - SİYAHI

Bakı. 27 noyabr. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubu Avropa Liqasında "Qarabağ"la V tur matçı üçün Bakıya gətirəcəyi heyəti açıqlayıb. 

"Report"un Lissabon təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Marsel Kayzer səfərə 19 futbolçu ilə çıxır. Onlardan 3-ü qapıçı, 6-sı müdafiəçi, hərəyə 5-i isə yarımmüdafiəçi və hücumçudur. 

Qapıçılar: 19. Roman Salen, 40. Renan Ribeyro, 99. Dioqo Souza

Müdafiəçilər: 4. Sebastyan Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 76. Brunu Qaşpar, 63. Tyaqo Calo, 95. Tyerri Korreya 

Yarımmüdafiəçilər: 8. Brunu Fernandeş, 25. Padosav Petroviç, 37. Vendel, 86. Nemanya Qudel, 90. Migel Luiş 

Hücumçular: 17. Luiş Nani, 18. Karluş Mane, 23. Abdulay Diabi, 28. Bas Dost, 77. Jovane Kabral 

Qeyd edək ki, noyabrın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Sportinq" matçı saat 21:55-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi