"Spartak" klubu Rusiya çempionu olub

"Spartak" klubu Rusiya çempionu olub Bu, klubun 10-cu çempionluğudur
Futbol
7 May , 2017 23:01
Spartak klubu Rusiya çempionu olub

Bakı. 7 may. REPORT.AZ/ Moskvanın "Spartak" futbol klubu vaxtından əvvəl Rusiya çempionu olub.

"Report"un məlumatına görə, bu barədə "R-Sport" xəbər verib.

Xəbərdə bildirilir ki, Rusiya Premyer Liqasının XVII turu çərçivəsində Peterburqun "Zenit" komandasının "Sankt Peterburq Arena"da "Terek" komandasına məğlub olmasından sonra paytaxt təmsilçisi qızıl medal qazanıb.

Bununla da öz meydanında məğlub olmuş "Zenit" 53 bal toplamış MOİK-ə və 63 xal toplayaraq turnirin birincisi olmuş "Spartak"a çatmaq şansı qalmayıb.

Qeyd edək ki, turnirin başa çatmasına qalmış çempion olmuş "Spartak" sonuncu dəfə 16 il əvvəl - 2001-ci ildə qızıl medal qazanıb. Bu, klubun 10-cu çempionluğudur.

Son xəbərlər

Orphus sistemi