Slovakiyalı məşhur futbolçu karyerasını başa vurur

Slovakiyalı məşhur futbolçu karyerasını başa vurur Slovakiyalı oyunçu mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb
Futbol
1 İyun , 2023 11:43
Slovakiyalı məşhur futbolçu karyerasını başa vurur

Türkiyənin "Trabzonspor" klubunda çıxış edən Marek Hamşik karyerasını başa vurur.

"Report"un məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi bu barədə mətbuat konfransında bildirib.

Slovakiyalı oyunçu mövsümün sonunda futbolla vidalaşacağını açıqlayıb.

Qeyd edək ki, Türkiyə Super Liqasında 2022/2023 mövsümünün sonuncu turu iyunun 6-da olacaq. 2007 - 2019-cu illərdə İtaliyada "Napoli"nin formasını geyinən Marek Hamşik 2007 - 2022-ci illərdə Slovakiya millisində çıxış edib. O, 2021/2022 mövsümündə "Trabzonspor"la Superliqanın qalibi olub.

Son xəbərlər

Orphus sistemi