Tin Yedvay: "Slovakiya Azərbaycandan fərqli olaraq, uzun toplara üstünlük vermir"

Tin Yedvay: "Slovakiya Azərbaycandan fərqli olaraq, uzun toplara üstünlük vermir" Hazırlıqlar çox yaxşı gedir. Milli komandada ab-hava çox yaxşıdır. Qarşıdakı iki matç bizim üçün çox vacibdir.
Futbol
4 Sentyabr , 2019 12:18
Tin Yedvay: Slovakiya Azərbaycandan fərqli olaraq, uzun toplara üstünlük vermir

"Hazırlıqlar çox yaxşı gedir. Milli komandada ab-hava çox yaxşıdır. Qarşıdakı iki matç bizim üçün çox vacibdir".

"Report" "Ezadar" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç Azərbaycan və Slovakiya ilə keçirəcəkləri AVRO-2020-nin seçmə oyunlarından öncə deyib.

24 yaşlı qolkiper Avropa çempionatının final mərhələsinə yaxınlaşmaq üçün növbəti iki görüşdə 6 xal hədəflədiklərini bildirib: "Həmişəki kimi, atmosfer möhtəşəmdir. Heç bir boşluq onu poza bilməz. Özümüzü mümkün olduğu qədər hazırlamaq üçün əlimizdən gələnin ən yaxşısını edirik. Bu iki qarşılaşmadan sonra turnir cədvəlinin birinci pilləsinə yüksələ bilərik".

Yığmanın müdafiəçisi Tin Yedvay da qarşıdakı iki görüşlə bağlı fikirlərini bölüşüb. 23 yaşlı oyunçu Slovakiya və Azərbaycan yığmaları arasındakı fərqi açıqlayıb: "Slovakiya mütəşəkkil komandadır. Onlar Azərbayan və Macarıstandan fərqli olaraq uzun toplara üstünlük vermir. Hər şey hadisələrə özümüzün necə nəzarət etməyimizdən asılıdır. Slovakiya qrupda indiyədək yaxşı oynayıb. Lakin biz məğlubiyyət haqqında düşünmürük. Hər iki görüşdə qələbə qazanaraq böyük turnirə qatılmağa layiq olduğumuzu göstərməliyik". 

Qeyd edək ki, Xorvatiya yığması sentyabrın 6-da Slovakiya, sentyabrın 9-da isə Azərbaycan millisinin qonağı olacaq. 

Son xəbərlər

Orphus sistemi