Slovakiya - Azərbaycan oyununun keçiriləcəyi şəhərdə hərəkət məhdudlaşdırılacaq
Futbol
- 18 noyabr, 2019
- 11:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiya və Azərbaycan milliləri arasında keçiriləcək AVRO-2020-nin oyunu ilə əlaqədar Trnava şəhərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
"Report"un məlumatına görə, bu barədə Trnava bələdiyyəsi açıqlama yayıb.
Bildirilir ki, stadiona aparan Sportivnaya küçəsi tam, 400 metr uzunluğundakı Kollarov küçəsi qismən bağlanacaq. Kollarovda yalnız parklama yerlərinə giriş qapanacaq. Məhdudiyyət noyabrın 19-u saat 9:00-dan 24:00-dək qüvvədə olacaq.
Qeyd edək ki, sabah Trnavadakı Anton Malatinski adına Stadionda keçiriləcək Slovakiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Son xəbərlər
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr
01:28
Nizami rayonunda iki gün su olmayacaq
İnfrastruktur
01:08
Türkiyədə dini mərasimdə 100 nəfər qidadan zəhərlənib
Region
00:47
İran ABŞ-nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib
Region