Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı

Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.
Futbol
10 Sentyabr , 2020 09:54
Slovakiya - Azərbaycan matçının vaxtı açıqlandı

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Slovakiya – Azərbaycan oyununun başlanma vaxtı müəyyənləşib.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nitra şəhərindəki eyniadlı stadionda oktyabrın 8-də təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da başlayacaq. 

Qeyd edək ki, Azərbaycan millisi 2-ci qrupda 7 oyundan sonra 6 xalla 4-cü pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi