"Pelister"lə 2:2 hesablı heç-heçə etdiyimiz oyundan sonra psixoloji cəhətdən hazır olmağa çalışırıq. Hər şeyi geridə qoyduq, indi yalnız "Qarabağ" haqqında düşünürük".
"Report" "Gol.mk" saytına istinadən xəbər verir ki, bu fikirləri Şimali Makedoniyanın "Sileks" klubunun baş məşqçisi Qoran Simov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaqları matçdan öncə deyib.
45 yaşlı mütəxəssis oyunçuları heç nəyə görə günahlandırmadığını bildirib. O, Azərbaycan çempionu ilə görüş barədə bunları söyləyib: "İstəyirəm ki, futbolçular meydanda ən yaxşısını versinlər. Möcuzələrə inanmalıyıq, çünki futbolda eyni şeylər tez-tez baş verir. Bir matç oynanılacaq. İntizamlı olmalı və yaxşı səviyyədə çıxış etməliyik".
Qeyd edək ki, avqustun 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sileks" oyunu saat 20:00-da başlayacaq. Bu cütün qalibi II raundda "Şerif" (Moldova) - "Fola Eş" duelinin güclüsü ilə qarşılaşacaq.