"Sevilya" - "Qarabağ" matçının hakimləri açıqlanıb
Futbol
- 25 noyabr, 2019
- 10:12
"Qarabağ"ın İspaniyada "Sevilya" ilə keçirəcəyi UEFA Avropa Liqasının V tur matçının hakimləri açıqlanıb.
"Report"un məlumatına görə, qarşılaşma İsveçdən olan baş hakim Məhəmməd Əl-Hakimə tapşırılıb. 34 yaşlı referiyə həmyerliləri Fredrik Kliver və Mahbod Beigi yan xətt, Martin Strömberqsson dördüncü hakim qismində yardımçı olacaq.
2015-ci ildən beynəlxalq oyunlara təyinat alan Əl-Hakim "Qarabağ" və "Sevilya" komandalarının oyununa ilk dəfə təyinat alır. İsveçli referi yalnız iki dəfə İspaniyanın U-17 millisinin matçını idarə edib. O, Azərbaycan millisi və klublarının görüşlərində iş başında olmayıb.
Qeyd edək ki, noyabrın 28-də "Xuan Sançes Pisxuan" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.
Son xəbərlər
05:58
İranın mineral su istehsalı müəssisəsi bombalanıb
Region05:34
Konqoda Ebolaya yoluxma hallarının sayı iki mini ötüb
Digər ölkələr05:00
Bəqai: ABŞ-nin bir ailənin üç üzvünün ölümü ilə nəticələnən hücumu hərbi cinayətdir
Region04:32
Tramp: İran danışıqlara qayıtmasa, ABŞ hücumları davam etdirəcək
Digər ölkələr04:04
Demokratlar Pentaqonun maliyyələşdirilməsi haqqında qanun layihəsini dəstəkləməyiblər
Digər ölkələr03:32
İran mediası: Hörmüz boğazında ABŞ ilə toqquşmalar davam edir
Region03:05
"Fars": İordaniyada F-18 qırıcılarının yerləşdiyi ABŞ bazası PUA hücumuna məruz qalıb
Digər ölkələr02:47
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr02:23