Sevgilisi Ronaldunun evlilik təklifini qəbul etdi

Sevgilisi Ronaldunun evlilik təklifini qəbul etdi İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges portuqaliyalı futbolçunun evlilik təklifini müsbət cavablandırıb,
Futbol
1618
7 Sentyabr , 2020 21:59
Sevgilisi Ronaldunun evlilik təklifini qəbul etdi
Corcina Rodriges və  Kriştianu Ronaldu

İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges portuqaliyalı futbolçunun evlilik təklifini müsbət cavablandırıb.

"Report" "El Mundo" nəşrinə istinadən xəbər verir ki, o, 35 yaşlı hücumçu ilə ailə həyatı qurmağa razılıq verib.

Cütlük hələlik toyun tarixini müəyyənləşdirməyib. Amma bunun yaxın zamanda olacağı gözlənilmir. Onlar həmçinin nigah mərasimi təşkil etməyi də planlaşdırırlar.

Ronaldunun toydan sonra karyerasını bitirəcəyi gözlənilir. Forvard daha əvvəl bu barədə müsahibələrinin birində məlumat verib.

Qeyd edək ki, K.Ronaldunun 4 uşağı var. C.Rodriges futbolçunun Alana və Martina adlı qızlarının anasıdır.

Son xəbərlər

Orphus sistemi