Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub

Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub İtaliyanın “Cenoa” klubunun baş məşqçisi Andrey Şevçenko A Seriyasının 21-ci turunun “Spetsia” ilə oyununu buraxacaq.
Futbol
204
9 Yanvar , 2022 22:00
Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub

İtaliyanın "Cenoa" klubunun baş məşqçisi Andrey Şevçenko son 12 gündə ikinci dəfə koronavirusa yoluxub. 

"Report"un məlumatına görə, bu dəfə ukraynalı mütəxəssisin COVID-19 testi hazırda "Spetsiya" ilə davam edən A Seriyasının XXI tur oyunu ərəfəsində müsbət çıxıb.

Nəticədə Şevçenko qarşılaşmada iştirak edə bilməyib. Onun yoxluğunda "Cenoa"ya texniki zonadan təlimatları köməkçisi Mauro Tassotti verir. 

46 yaşlı baş məşqçi ilk dəfə dekabrın 28-də "Sassuolo" ilə 1:1 hesablı heç-heçə etdikləri XX tur matçından əvvəl infeksiyaya yoluxub və təcrid olunub. 

Qeyd edək ki, 20 oyundan sonra "Cenoa" 12 xalla 19-cu yerdə gedir.

Son xəbərlər

Orphus sistemi