Səudiyyə Ərəbistanı "Formula 1"in hər mövsümü üçün 60 milyon dollar təklif edib

Səudiyyə Ərəbistanı "Formula 1"in hər mövsümü üçün 60 milyon dollar təklif edib Səudiyyə Ərəbistanının rəhbərliyi “Formula 1” üzrə dünya çempionatına ev sahibliyi etməkdə maraqlıdır.
Futbol
2 May , 2019 13:02
Səudiyyə Ərəbistanı Formula 1in hər mövsümü üçün 60 milyon dollar təklif edib

Səudiyyə Ərəbistanının rəhbərliyi “Formula 1” üzrə dünya çempionatına ev sahibliyi etməkdə maraqlıdır.

“Report” “Auto Motor und Sport”a istinadən xəbər verir ki, ərəblər bundan ötrü yarışın sahibi “Liberty Media” şirkətinə hər mövsüm üçün 60 milyon dollar təklif ediblər. Onlar yarışı paytaxt Ər-Riyadda keçirmək istəyirlər.

Daha öncə Səudiyyə Ərəbistanında “Formula E” və “Çemponlar yarışı” baş tutub. Sözügedən ölkədə 2020-ci ildən “Dakar” rallisi də olacaq.

“Formula 1” üzrə dünya çempionatı hazırda ardıcıllıqla 21 ölkədə keçirilir. Bunlar Avstraliya, Bəhreyn, Çin, Azərbaycan, İspaniya, Monako, Kanada, Fransa, Avstriya, Böyük Britaniya, Almaniya, Macarıstan, Belçika, İtaliya, Sinqapur, Rusiya, Yaponiya, Meksika, ABŞ, Braziliya və Birləşmiş Ərəb Əmirlikləridir.

Qeyd edək ki, aprelin 28-də təşkil olunmuş Azərbaycan Qran-prisində “Mercedes”in pilotu Valtteri Bottas qalib olub. “Formula 1” yarışları Bakıda 2016-cı ildən keçirilir.

Son xəbərlər

Orphus sistemi