"Şerif"in baş məşqçisi: "Öz oyunumuzu antifutbol saymıram"

"Şerif"in baş məşqçisi: "Öz oyunumuzu antifutbol saymıram" "Qarabağ"ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. Buraxılan səhvdən sonra penalti oldu, daha sonra qırmızı vərəqə aldıq".
Futbol
26 Avqust , 2020 22:28
Şerifin baş məşqçisi: Öz oyunumuzu antifutbol saymıram
Zoran Zekiç

"Qarabağ"ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. Buraxılan səhvdən sonra penalti oldu, daha sonra qırmızı vərəqə aldıq".

"Report"un məlumatına görə, bunu Moldova "Şerif"inin baş məşqçisi Zoran Zekiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ"ın güclü futbolçuları var: "İlk hissənin əvvəlində bərabər oyun gedirdi. Penalti epizodundan sonra üstünlük rəqibin tərəfinə keçdi. "Qarabağ" meydanda daha yaxşı olan tərəf idi".

Zekiç komandasının antifutbol oynaması fikrinə münasibət bildirib: "Mən də hücum futbolu oynamaq istərdim. Amma öz oyunumuzu antifutbol saymıram".

Baş məşqçi qırmızı vərəqə alan futbolçu Anatol Abanqa cəza verib-verməyəcəyi barədə hələ düşünmədiyini deyib.

Təcrübəli mütəxəssis növbəti dəfə Qara Qarayevi fərqləndirib: "Meydanın mərkəzindəı çox fəaldır. Topları yaxşı qəbul edir və hücuma qoşulur. O, nəinki "Qarabağ"ın, hətta Azərbaycanın ən yaxşı futbolçusudur".

Son xəbərlər

Orphus sistemi