"Qəbələ"yə zədəli qayıdan futbolçunun durumuna aydınlıq gətirilib
Futbol
- 11 sentyabr, 2015
- 05:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 11 sentyabr. REPORT.AZ/ Estoniya millisinin düşərgəsində zədələnən "Qəbələ"nin futbolçusu Sergey Zenyovun durumuna aydınlıq gəlib. Klubun meneceri Səbuhi Səfiyarlının "Report"a verdiyi məlumata görə, 26 yaşlı hücumçu tibbi müayinədən keçib.
Müayinə nəticəsində Zenyovun zədəsinin ciddi olmadığı aşkarlanıb. Artıq forvardın məşqlərə qoşulduğunu bildirən menecer onun Azərbaycan Premyer Liqasının IV turunda "İnter"ə qarşı oynamasının riskli olduğunu söyləyib. Amma "Qəbələ" rəsmisi Zenyovun Avropa Liqasında qrup mərhələsinin ilk turunun Yunanıstan PAOK-u ilə görüşündə meydana çıxacağını vurğulayıb.
Qeyd edək ki, "Qəbələ" "İnter"lə sentyabrın 12-də, PAOK-la isə sentyabrın 17-də üz-üzə gələcək.
Son xəbərlər
05:05
Albaniyada etirazçıların polis bölməsinə hücumu nəticəsində on nəfər yaralanıb
Digər ölkələr
04:38
Mark Karni hərbi bazada partlayış nəticəsində hərbçilərin öldüyünü təsdiqləyib
Digər ölkələr
04:23
İtaliyada aksiyalar zamanı 160 etirazçı saxlanılıb
Digər ölkələr
03:48
SEPAH: Hörmüz boğazında tanker minaya düşüb
Region
03:12
La Liqa: "Real" "Sevilya"nı darmadağın edib
Futbol
02:53
Liviyada hərbi düşərgədə partlayış nəticəsində yeddi nəfər ölüb
Digər ölkələr
02:35
Türkiyə Moskva - Vaşinqton müqaviləsi çərçivəsində Rusiyadan dizel yanacağı alacaq
Region
02:18
Tramp Rusiya-Ukrayna danışıqlarında irəliləyiş olduğunu açıqlayıb
Digər ölkələr
01:38
ABŞ Ukrayna qaçqınlarının ərazisində qalmaq hüququnu ləğv etməyəcək
Digər ölkələr