Sergey Lavrov: "Rusiyanın bir qrup vətəndaşının AVRO-2016-dakı davranışları qəbuledilməzdir"

Sergey Lavrov: "Rusiyanın bir qrup vətəndaşının AVRO-2016-dakı davranışları qəbuledilməzdir" "Digər azarkeşlərin də hərəkətlərinə də göz yummaq olmaz"
Futbol
15 İyun , 2016 15:03
Sergey Lavrov: Rusiyanın bir qrup vətəndaşının AVRO-2016-dakı davranışları qəbuledilməzdir

Bakı. 15 iyun. REPORT.AZ/ "Rusiyanın bir qrup vətəndaşının Fransadakı davranışları qəbuledilməzdir". 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov AVRO-2016-da rus və ingilis azarkeşlər arasındakı insidentə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, digər azarkeşlərin hərəkətlərinə də göz yummaq olmaz: "Biz digər ölkələrin azarkeşlərinin tamamilə təxribatçı hərəkətlərinə göz yuma bilmərik. Yəqin ki, sizlər televiziyada biabırçı kadrları - Rusiya bayrağının tapdalanması, ölkə rəhbərliyinin və aparıcı idmançılarının ünvanına təhqirlərin səsləndirilməsini gördünüz".

Son xəbərlər

Orphus sistemi