Serbiya millisinin baş məşqçisi: Uğura gedən yol heç vaxt asan olmur

Serbiya millisinin baş məşqçisi: Uğura gedən yol heç vaxt asan olmur Uğura gedən yol heç vaxt asan olmur.
Futbol
16 İyun , 2024 09:35
Serbiya millisinin baş məşqçisi: Uğura gedən yol heç vaxt asan olmur

Uğura gedən yol heç vaxt asan olmur.

"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç AVRO-2024-ün qrup mərhələsinin I turunda bu gün qarşılaşacaqları İngiltərə ilə matçdan əvvəl deyib.

Mütəxəssis qarşısına qoyulan hədəfə çatdıqlarını söyləyib: "Bu dövrlərdə, sadəcə, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq Serbiya futbolu üçün irəliyə doğru böyük addım idi. Hamı uzun müddətdir ki, Avropa çempionatının başlamasını gözləyirdi. Keçmişdə əldən verilmiş fürsətlər çox olub. Amma bu dəfə baş məşqçi kimi Serbiya Futbol Assosiasiyasının qarşıma qoyduğu vəzifə yerinə yetirildi. Dramatik olduğunu söyləməzdim, amma kifayət qədər çətin səyahət idi. İndiki zamanda Avropa çempionatının final mərhələsinə yüksəlməyin özü Serbiya futbolu, ölkəmiz, millətimiz, azarkeşlər və bu oyunu sevən hər kəs üçün böyük bir irəliləyiş və nailiyyətdir”.

Qeyd edək ki, İngiltərə - Serbiya oyunu bu gün, saat 23:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi