Serbiya millisinin baş məşqçisi: Qələbə qazanmaq üçün əlimizdən gələni etdik

Serbiya millisinin baş məşqçisi: Qələbə qazanmaq üçün əlimizdən gələni etdik Qələbə qazanmaq üçün əlimizdən gələni etdik.
Futbol
26 İyun , 2024 02:42
Serbiya millisinin baş məşqçisi: Qələbə qazanmaq üçün əlimizdən gələni etdik

Qələbə qazanmaq üçün əlimizdən gələni etdik.

"Report" xəbər verir ki, bunu Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviç Almaniyada təşkil olunan Avropa çempionatının qrup mərhələsinin III turunda qarşılaşdıqları Danimarka ilə oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi oyunun bərabər səviyyədə keçdiyini söyləyib: "Qol vurmaq üçün bir fürsət axtarırdıq. Danimarka həqiqətən güclü komandadır. Oyun çox gərgin keçdi və asan olmadı. Cəsarətli futbol oynadıq və bacardığımızı ortaya qoyduq. Lakin bəzən bu asan olmur”.

Qeyd edək ki, C qrupunda baş tutan qarşılaşmada qapılara qol vurulmayıb. Serbiya qrup sonuncusu olub. Danimarka isə ikinci pillənin sahibi kimi 1/8 finala adlayıb.

Son xəbərlər

Orphus sistemi