​Ruslan Qurbanovun komandası qələbə qazanıb

​Ruslan Qurbanovun komandası qələbə qazanıb Futbolçumuz matçda iştirak etməyib
Futbol
1017
9 Mart , 2015 06:55
​Ruslan Qurbanovun komandası qələbə qazanıb

Bakı. 9 mart. REPORT.AZ/ Ötən gün futbol üzrə Xorvatiya çempionatında 24-cü turun oyunları keçirilib.

"Report" xəbər verir ki, futbolçumuz Ruslan Qurbanovun şərəfini qoruduğu "Hayduk" növbəti qələbəsini qazanıb.

Səfərdə "Osiyek"lə qarşılaşan "Hayduk" ilk hissəyə əlavə olunmuş dəqiqədə (45+2) Andrey Baliçin vurduğunu qolla hesabı açıb (1:0) və tablodakı rəqəmlər sonadək dəyişməyib.

Komandanın baş məşqçisi bu matçda həmyerlimizə etimad göstərməyib.

Hazırda "Hayduk" 36 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi