“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq” “Aleksandr Kerjakovla heç vaxt danışıq aparmamışıq”.
Futbol
1 Dekabr , 2022 16:33
“Səbail” rəsmisi: “Kerjakovla heç vaxt danışıq aparmamışıq”

“Aleksandr Kerjakovla heç vaxt danışıq aparmamışıq”.

Bu barədə “Report”a açıqlamasında “Səbail”in icraçı direktoru Fərəc Əliyev Rusiya millisinin sabiq futbolçusu Aleksandr Kerjakovun komandanın baş məşqçi postuna gətiriləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Klub rəsmisi qeyd edib ki, 40 yaşlı mütəxəssis heç vaxt rəhbərliyin gündəmində olmayıb: “Rusiya mətbuatının bu xəbəri haradan götürdüyünü, Kerjakovun adını niyə məhz “Səbail”lə hallandırdıqlarını bilmirəm. Bizim nəinki Kerjakov, ümumiyyətlə, heç bir mütəxəssislə danışıq aparmaq fikrimiz olmayıb. Rəhbərlik baş məşqçimiz Mahmud Qurbanova güvənir”.

Xatırladaq ki, Rusiya mətbuatında Aleksandr Kerjakovun "Səbail"in sükanı arxasına keçəcəyi barədə məlumatlar yayılıb. Məşqçi özü açıqlamasında bunu təkzib etməyib.

Son xəbərlər

Orphus sistemi