"Səbail" növbəti transferini reallaşdırıb

Futbol
  • 07 iyun, 2024
  • 15:24
Səbail növbəti transferini reallaşdırıb

"Səbail" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

"Report"un əldə etdiyi məlumata görə, "dənizçilər" müdafiəçi Vüsal Məsimovu heyətinə qatıb.

"Kəpəz"dən ayrılan futbolçu ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, paytaxt klubu daha əvvəl Fərid Nəbiyevin transfer xəbərini açıqlamışdı.