"Səbail" - "Keşlə" oyununda hesab açılmadı

"Səbail" - "Keşlə" oyununda hesab açılmadı 2020/2021 mövsümünə hazırlıqlarını davam etdirən "Keşlə" və "Səbail" komandaları yoxlama oyunu keçiriblər.
Futbol
410
14 Avqust , 2020 19:51
Səbail - Keşlə oyununda hesab açılmadı

2020/2021 mövsümünə hazırlıqlarını davam etdirən "Keşlə" və "Səbail" komandaları yoxlama oyunu keçiriblər.

"Report"un məlumatına görə, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutan qarşılaşma qolsuz başa çatıb.

Bu komandaların Qəbələ toplanışındakı duelində "dənizçilər" rəqibinə 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, "Keşlə" bundan əvvəlki digər yoxlama matçlarında "Qarabağ"a (1:3, 0:4) uduzub, "Zirə"yə qalib gəlib - 1:0. "Səbail" isə "Qəbələ"ni 2:1 hesabı ilə udub.

Orphus sistemi