"Səbail"in qadın komandası yaradılacaq

"Səbail"in qadın komandası yaradılacaq Səbail Peşəkar Futbol Klubunun nəzdində hələ ki, hər hansı yaş qrupuna aid qadın komandası fəaliyyət göstərmir. Ancaq bu komandanın yaradılması gündəmdədir.
Futbol
22 İyun , 2020 12:11
Səbailin qadın komandası yaradılacaq

"Səbail Peşəkar Futbol Klubunun nəzdində hələ ki, hər hansı yaş qrupuna aid qadın komandası fəaliyyət göstərmir. Ancaq bu komandanın yaradılması gündəmdədir".

Bu fikirləri "Report"a açıqlamasında "Səbail"in Mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib. 

Klub rəsmisinin sözlərinə görə paytaxt təmsilçisi gələcəkdə müxtəlif yaş qrupunda komandasının təsis olunmasını planlaşdırır. 

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi (İK) ötən illərdə "Qarabağ", "Zirə" və "Səbail"i qadın komandaları olmadığı üçün cəzalandırıb. İK bu il koronavirus pandemiyası səbəbindən klublara dəstək məqsədi ilə onlara cəza verməyib. 

Son xəbərlər

Orphus sistemi