Şamaxıda stadion inşa olunur
Futbol
- 09 iyul, 2020
- 15:40
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə Şamaxı Rayon İcra Hakimiyyətinin birgə layihəsi əsasında Şamaxı şəhərində yeni stadionun inşasına başlanılıb.
"Report"un AFFA-nın rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, 2 200 tamaşaçı tutumuna malik stadionda müvafiq standartlara cavab verən əsas meydandan başqa, iki süni örtüklü meydançanın da inşası layihədə öz əksini tapıb.
Əsas meydanın tribunaları tavanla örtüləcək. Süni örtüklü meydançalarda isə ümumilikdə 300 azarkeş üçün oturacaqlar quraşdırılacaq. Əsas meydanın ətrafında qaçış zolağı olacaq.
Stadionun inşasının maliyyələşdirilməsi UEFA-nın “Hat-Trick” layihəsi və AFFA-nın büdcəsi hesabına həyata keçiriləcək.
Son xəbərlər
09:06
AFFA rəsmisi Kifayət Mustafayeva UEFA-dan təyinat alıb
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (11.11.2026)
Maliyyə
09:00
"Xilasedici" CEV Çempionlar Liqasında cavab oyununa çıxacaq
Komanda
08:58
Hindistanda sərnişin qatarı relsdən çıxıb
Digər ölkələr
08:52
"Reuters": ABŞ-də avtomobilin piyadaları vurması nəticəsində üç nəfər ölüb
Digər ölkələr
08:29
"TRT Haber": Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir
Ekologiya
08:19
Bakının 15 istiqamətində yollarda tıxac müşahidə olunur
İnfrastruktur
08:13
Yaponiyada mobil rabitənin işində kəsinti baş verib
Digər ölkələr
07:53
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
İKT