“Şamaxı”nın baş məşqçisi: “Bir neçə mövqedə problemlərimiz var”
Futbol
- 23 dekabr, 2022
- 14:13
"Bir neçə mövqedə problemlərimiz var. Gənc futbolçular axtarırıq".
"Report"un məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli səfərdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XVIII tur oyunundan sonrakı mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis komandasının döyüşkən futbol sərgilədiyini söyləyib: "Əvvəldən bilirdik ki, çox çətin olacaq. Rəqibin oyunu göz önündədir. Birinci hissədə qol imkanlarımız oldu, yararlana bilmədik. İkinci hissədə rəqib üstünlüyü ələ aldı. Çox önə atıldıq, qol vurmaq istəyirdik. Müdafiədə də boşluqlar verdik. Uduzmağımıza baxmayaraq, oyunçularımızla fəxr edirik. Onların inkişafı hər şeydən önəmlidir".
Son xəbərlər
08:11
Foto
Bakıda 10 istiqamətdə tıxac müşahidə olunur
İnfrastruktur07:59
ABŞ Prezidenti süni intellektlə bağlı açıqlama verəcək
Digər ölkələr07:44
WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır
Digər ölkələr07:25
Britaniya polisi İranın Ferforddakı partlayış planı ilə əlaqəsini araşdırır
Digər ölkələr06:59
Ağstafada 34 yaşlı kişi qətlə yetirilib, saxlanılan var
Hadisə06:54
Tramp ABŞ-də yeni neft emalı zavodlarının inşa olunduğunu açıqlayıb
Digər ölkələr06:28
Böyük Britaniya "Avanti West Coast" dəmir yolu operatorunu milliləşdirəcək
Digər ölkələr06:05
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb
Digər ölkələr05:39