Salah 2020-ci ildə "Liverpul"u tərk edə bilər

Salah 2020-ci ildə "Liverpul"u tərk edə bilər İngiltərənin Liverpul klubunun forvardı Məhəmməd Salah 2019/20-ci illər mövsümünün sonunda komandanı tərk edə bilər.
Futbol
200
25 Avqust , 2019 15:17
Salah 2020-ci ildə Liverpulu tərk edə bilər

İngiltərənin "Liverpul" klubunun forvardı Məhəmməd Salah 2019/20-ci illər mövsümünün sonunda komandanı tərk edə bilər.

"Report" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, "Liverpul" cari mövsüm başa çatdıqdan sonra futbolçunu satmağa hazırdır.

Nəşrin məlumatına görə, Madrid "Real"ı Salaha maraq göstərir və transferin həyata keçirilməsi ilə məşğul olmaq niyyətindədir. Bununla belə, "Liverpul" öz lideri müqabilində təqribən 200 mln. avro əldə etmək istəyir.

Son xəbərlər

Orphus sistemi