"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurub

"Barselona"nın sabiq futbolçusu karyerasını başa vurub Bakı. 25 fevral. REPORT.AZ/ İspaniyanın Barselona klubunun sabiq futbolçusu Andrea Orlandi karyerasını başa vurub.
Futbol
194
25 Fevral , 2019 20:35
Barselonanın sabiq futbolçusu karyerasını başa vurub

Bakı. 25 fevral. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Andrea Orlandi karyerasını başa vurub. 

"Report" "Goal.com" saytına istinadən xəbər verir ki, o, ürək problemləri səbəbindən futbolla vidalaşdığını deyib. 

İspaniyalı oyunçu futbol oynamağın onun üçün təhlükəli olduğunu bildirib: "Həkim pis xəbəri deyəndə kədərləndim. Təbii ki, qəbul etmək məcburiyyətində qaldım. Mənə kömək edən həkimlərə minnətdaram. İndi futbol haqqında yox, gələcək barədə düşünmək lazımdır".

Qeyd edək ki, Andrea Orlandi karyerası ərzində "Barselona" ilə yanaşı, İspaniyanın "Alaves" və İngiltərənin "Suonsi" klublarında da çıxış edib. O, son olaraq Hindistanın "Çennayin" komandasının formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi