"Sabah" "Zirə"ni məğlub edib

"Sabah" "Zirə"ni məğlub edib Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.
Futbol
9 Aprel , 2022 18:54
Sabah Zirəni məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Sabah" "Zirə"ni qəbul edib.

"Bank Respublika Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə bitib. "Sabah"ın qollarını 40-cı dəqiqədə Zurab Oçiqava, 58-ci dəqiqədə Coy Lens-Mikels, 90+5-ci dəqiqədə isə Xulio Sezar Rodriges vurub. "Qartallar"ın yeganə qoluna 48-ci dəqiqədə Hamidu Keyta imza atıb.

Xallarının sayını 32-ə çatdıran "Sabah" 5-ci, 36 xala malik "Zirə" isə 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib. XXII tura aprelin 10-da keçiriləcək "Sumqayıt" - "Qarabağ" və "Səbail" - "Qəbələ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi