"Sabah" klubunun hücumçusu karyerasını başa vurdu

"Sabah" klubunun hücumçusu karyerasını başa vurdu Sabah klubunun hücumçusu Marko Deviç futbolçu karyerasını başa vurub.
Futbol
24 Aprel , 2020 12:16
Sabah klubunun hücumçusu karyerasını başa vurdu

"Sabah" klubunun hücumçusu Marko Deviç futbolçu karyerasını başa vurub.

"Report"un məlumatına görə, bu barədə Ukrayna millisinin keçmiş forvardı "Futbol1" telekanalına müsahibəsində bildirib. O, Azərbaycan təmsilçisi ilə müqaviləsinin başa çatdığını və artıq özünü peşəkar futbolçular sırasında görmədiyini bildirib.

Deviç vida matçının olmayacağını da diqqətə çatdırıb: "Bu barədə düşünmişəm. Vida matçımı Xarkovda keçirmək istərdim. Amma yəqin ki, koronavirus pandemiyasına görə belə bir oyun olmayacaq. Halbuki vida oyunu mənim üçün olduqca vacibdir".

37 yaşlı forvard söyləyib ki, karyerasının ən uğurlu dövrü 2006/2012 və 2013/2014 mövsümlərində çıxışetdiyi Ukrayna "Metallist" ilə bağlıdır: "Şadam ki, gözlədiyimdən artığına nail ola və xüsusilə Xarkov azarkeşlərini sevindirə bilmişəm. Uğurlarımın böyük hissəsi bu şəhərlə bağlıdır".

Təcrübəli oyunçu hazırda məşqçi təhsili aldığını da əlavə edib: "Hələlik oxuyuram. Bu sahədə qeyri-müəyyənlik var. Məşqçi və ya futbol agenti olmağım mümkündür. Hələlik bu iki məsələ beynimdə dolaşır". 

Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Masazır təmsilçisinə transfer olunub.

Son xəbərlər

Orphus sistemi