Bakı. 10 avqust. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında debüt edəcək “Sabah” klubu sifariş vərəqəsini Peşəkar Futbol Liqasına təqdim edib.
“Report” xəbər verir ki, baş məşqçi Elşad Əhmədov siyahıya 20 oyunçu daxil edib. Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 8-i yarımmüdafiəçi, 1-i isə hücumçudur. Heyətdə 5 legioner yer alıb.
Qapıçılar: 96. Aydın Bayramov, 1. Tərlan Əhmədli, 30. Saşa Stamenkoviç (Serbiya)
Müdafiəçilər: 13. Filip İvanoviç (Serbiya), 25. Vanderson Naskimento (Braziliya), 2. Ülvi İbazadə, 21. Məmmədov Novruz, 5. Kərim Diniyev, 3. Elvin Bədəlov, 33. Eltun Turabov, 19. Məqsəd İsayev,
Yarımmüdafiəçilər: 15. Erik Ramos (Paraqvay), 11. Elgün Nəbiyev, 27. Bəxtiyar Soltanov, 8. Elşən Abdullayev, 6. Vadim Abdullayev, 4. Tərzin Cahangirov, 10. Cavid İmamverdiyev, 7. Vitali Kvaşuk (Ukrayna),
Hücumçu: 14. Tural Qurbətov
Qeyd edək ki, “Sabah” avqustun 12-də Premyer Liqanın ilk turunda “Keşlə”nin qonağı olacaq. Matç saat 21:00-da başlayacaq.