"Sabah"ın baş məşqçisi: "İki oyunda fərqlənə bilmiriksə, rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir"

Futbol
  • 14 avqust, 2025
  • 22:28
Sabahın baş məşqçisi: İki oyunda fərqlənə bilmiriksə, rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir

Rəqib komanda pley-off mərhələsinə yüksəlməyə layiq idi.

"Report"un məlumatına görə, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Mütəxəssis Bakıda Bolqarıstanın "Levski" (Sofiya) komandasına qarşı keçirdikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu ilə bağlı mətbuat konfransında fikirlərini bölüşüb:

"Danışmağa çox sözüm yoxdur. İki oyunda fərqlənə bilmiriksə, deməli, rəqib komanda növbəti mərhələyə yüksəlməyə layiqdir. Səfərdə nizam-intizamlı oyun sərgiləmişdik. İlk matçda bizi heç-heçədən son 10 saniyə ayırdı. Cavab matçında rəqib riskə getmədi, biz isə etməli idik. İlk yarıda 1 səhvə yol verdik, o da qolla nəticələndi. Bu gün meydana toplaşan azarkeşlərə təşəkkürümüzü bildiririk.

Artıq bu qarşılaşmanı unudub, Premyer Liqaya köklənəcəyik. Bizim bir arzumuz var ki, 2025/2026 mövsümünün sonunda turnir cədvəlində avrokuboklar zonasına düşək. Azərbaycanı Avropada daha yaxşı təmsil etmək istəyirik".

Qeyd edək ki, "Sabah" - "Levski" görüşü qonaqların 2:0 hesablı qələbəsi ilə bitib.

Son xəbərlər

Bütün Xəbər Lenti