"Sabah" baş məşqçisi ilə vidalaşdı - RƏSMİ

"Sabah" baş məşqçisi ilə vidalaşdı - RƏSMİ Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib
Futbol
11 Mart , 2021 17:03
Sabah baş məşqçisi ilə vidalaşdı - RƏSMİ
Visente Qomez

“Sabah” futbol komandasının baş məşqçi postunda dəyişiklik edilib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Visente Qomeslə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Baş məşqçi səlahiyyətləri müvəqqəti olaraq Ramin Quliyevə həvalə olunub.

Qeyd edək ki, İspaniyalı mütəxəssis 2020-ci ilin yayından “Sabah”ın baş məşqçisi idi. Komanda hazırda Premyer Liqada 16 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi