“Sabah” AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək

“Sabah” AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək “Sabah” klubu futbolçusu Davit Volkovun cəzasına görə apellyasiya şikayəti verməyəcək.
Futbol
17 May , 2024 16:38
“Sabah” AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək

“Sabah” klubu futbolçusu Davit Volkovun cəzası ilə bağlı AFFA-nın Apellyasiya Arbitraj Tribunalına şikayət etməyəcək.

Bunu “Report”a açıqlamasında Bakı təmsilçisinin mətbuat katibi Elnur Həmidov bildirib.

O, bu addımın səbəbini belə izah edib: “Davit Volkovun cəzası ilə bağlı apellyasiya şikayəti olmayacaq. Bilərəkdən rəqibi vurmağın cəzası 2 oyunluq diskvalifikasiyadır. O da futboldan kənar olan qırmızı vərəqə idi. Ümumiyyətlə, bununla bağlı apellyasiya şikayəti verməyin də mənası yoxdur. Əsasnaməyə uyğun qərardır”.

Qeyd edək ki, AFFA İntizam Komitəsi Premyer Liqanın XXXIV turunda “Qəbələ”yə uduzduqları (0:2) görüşdə qırmızı vərəqə ilə meydandan qovulan David Volkovu ikisi şərti olmaqla dörd oyunluq cəzalandırıb. Gürcüstanlı forvarda 3 ay sınaq müddəti təyin edilib. Bununla yanaşı, “Sabah” oyunçusunun hərəkətinə görə 3000 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi