Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə Rusiya Premyer Liqasının oyunları ölkə hüdudlarından kənarda keçirilə bilər.
“Report”un məlumatına görə, bu barədə liqanın prezidenti Sergey Pryadkin TASS-a açıqlamasında bildirib. O deyib ki, matçlar Avropada və ya Rusiya diasporlarının olduğu ölkələrdə təşkil edilə bilər.
Qeyd edək ki, Rusiya çempionatının oyunları heç vaxt ölkə xaricində keçirilməyib.