Rusiya Premyer Liqasında çıxış edən klubun baş məşqçisi istefa verib

Rusiya Premyer Liqasında çıxış edən klubun baş məşqçisi istefa verib Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın Krasnodar futbol komandasının baş məşqçisi İqor Şalimov vəzifəsindən istefa verib.
Futbol
2 Aprel , 2018 15:01
Rusiya Premyer Liqasında çıxış edən klubun baş məşqçisi istefa verib

Bakı. 2 aprel. REPORT.AZ/ Rusiyanın "Krasnodar" futbol komandasının baş məşqçisi İqor Şalimov vəzifəsindən istefa verib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 49 yaşlı mütəxəssisin istefasını klub rəhbərliyi qəbul edib. Yeni baş məşqçinin adı yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, İqor Şalimov 2016-cı ilin sentyabrından bu vəzifədə çalışırdı. Onun rəhbərliyi altında komanda ötən mövsümü 4-cü pillədə başa vurub. Cari mövsümdə isə "Krasnodar" 41 xalla 5-ci pillədə qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi