Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib

Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib Rusiya milli komandasının keçmiş futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 9,5 il müddətinə azadlıqdan məhrum edilib.
Futbol
24 Sentyabr , 2024 17:22
Rusiya millisinin sabiq üzvü 9,5 il müddətinə azadlıqdan məhrum edilib

Rusiya milli komandasının sabiq futbolçusu Aleksey Buqayev narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək 9,5 il müddətinə azadlıqdan məhrum edilib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, 43 yaşlı veteran futbolçu cəzasını ciddi rejimli koloniyada çəkəcək.

Qeyd edək ki, A.Buqayev karyerası ərzində “Torpedo”, “Tom”, “Lokomotiv” və “Krasnodar” klublarında çıxış edib. O, Rusiya millisində 7 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi