Rusiya millisinin baş məşqçisi Premyer Liqa təmsilçisindən ayrılıb

Futbol
  • 25 fevral, 2025
  • 17:22
Rusiya millisinin baş məşqçisi Premyer Liqa təmsilçisindən ayrılıb

Rusiya millisinin baş məşqçisi Valeri Karpin Premyer Liqa təmsilçisi "Rostov"dan ayrılıb.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" 56 yaşlı mütəxəssisin əvəzinə ispaniyalı Conatan Alba ilə anlaşıb. "Rostov" hazırda 26 xalla turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Valeri Karpin Rusiya yığması ilə yanaşı, "Rostov" komandasını da çalışdırırdı.