Rusiya klubunun futbolçusu 16 yaşında vəfat edib

Rusiya klubunun futbolçusu 16 yaşında vəfat edib Rusiyanın "Rotor" klubunun yetirməsi Maksim Semyonov 16 yaşında vəfat edib.
Futbol
14 aprel 2025 14:10
Rusiya klubunun futbolçusu 16 yaşında vəfat edib

Rusiyanın "Rotor" klubunun yetirməsi Maksim Semyonov 16 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Volqoqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tibbi müayinələrdən sonra gənc futbolçunun səhhətində heç bir problem olmadığı bildirilsə də, ölüm səbəbi kimi ürəktutması göstərilib.

Məşqdən sonra evə qayıdan futbolçu axşam saatlarında qəfil özünü pis hiss edib. Onun yaxınları dərhal təcili yardım çağırıb. Bütün cəhdlərə baxmayaraq, M.Semyonivun həyatını xilas etmək mümkün olmayıb.

Son xəbərlər

Orphus sistemi