Rusiya klubunun baş direktoru: “Kamran Ağayevlə maraqlanmırıq”
Futbol
- 06 iyul, 2017
- 10:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 iyul. REPORT.AZ/ Rusiyanın “Amkar” klubunun baş direktoru İqor Rezvuxin Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə maraqlandıqlarına dair iddialara aydınlıq gətirib.
“Report”un məlumatına görə, Perm təmsilçisinin rəsmisi championat.com saytına açıqlamasında 31 yaşlı qolkiperin xidmətinə ehtiyac duymadıqlarını söyləyib.
O bildirib ki, yığma üzvünün soyadını ilk dəfədir eşidir: “Bu futbolçu ilə bağlı variantı gözdən keçirmirik. Onun soyadını ilk dəfədir eşidirəm. “Amkar” Ağayevlə maraqlanmır”.
Qeyd edək ki, Kamran Ağayev son mövsümü “Boavişta” klubunda keçirib. O, bu il aprelin 17-də Portuqaliya təmsilçisi ilə müqaviləsini pozub və hazırda klubsuzdur.
Son xəbərlər
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə