Rumıniya millisinin baş məşqçisi: Şadam ki, hər şey bizim üçün uğurlu oldu
- 26 iyun, 2024
- 19:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Şadam ki, hər şey bizim üçün uğurlu oldu.
"Report" xəbər verir ki, bunu Rumıniya millisinin baş məşqçisi Edvard Yordanesku Slovakiyaya qarşı AVRO-2024-ün qrup mərhələsinin III turunun oyunundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis qrupu birinci sırada başa vurduqları üçün xoşbəxt olduğunu deyib: "Qrupdakı dörd komandanın hər biri 4 xal yığdı. Bu cür maraqlı vəziyyət həyatda həmişə olmur. Şadam ki, hər şey bizim üçün uğurlu oldu. Bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Hər üç görüşdə özümüzü ev oyunundakı kimi hiss etdik. Rumıniyalı olduğum üçün fəxr edirəm”.
Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin III turunun Slovakiya - Rumıniya matçı heç-heçə yekunlaşıb - 1:1. Bu nəticədən sonra rumınlar yer aldıqları E qrupunu birinci pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanıblar.