"Düşərgədə əhval-ruhiyyə həmişəki kimidir. Bütün diqqətimiz sabahkı oyundadır".
"Report"un məlumatına görə, bu fikirləri futbol üzrə Portuqaliya millisinin futbolçusu Ruben Diaş DÇ-2022-nin seçmə mərhələsinin ilk turunda Azərbaycan yığması ilə oyun öncəsi mətbuat konfransında deyib.
24 yaşlı müdafiəçi matçın çətin keçəcəyini bildirib: "Gün ərzində rəqib haqqında daha çox məlumat toplayacağıq. Oyunu mürəkkəbləşdirsək, bizim üçün çətin olacaq. Bu oyuna son dərəcə ciddi, peşəkarlıq və həvəslə yanaşmalıyıq. Çünki sabah uğur qazanmaq istədiyimiz yeni bir mərhələyə başladığımızı anlamalıyıq".
Qeyd edək ki, martın 24-də İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda keçiriləcək Portuqaliya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.