Bakı. 18 fevral. REPORT.AZ/ Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, AFFA-nın Hesabat-Seçki Konfransı martın 11-də keçiriləcək.
R.Abdullayev AFFA Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini rəhbər tutaraq bu qərarı verib.
Qeyd edək ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib.