Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdı

Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdı İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru koronavirus pandemiyası ilə əlaqədar fikirlərini bölüşüb.
Futbol
14 Oktyabr , 2020 22:04
Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçılıq adlandırdı
Kriştianu Ronaldu və Katya Aveyru

İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldunun bacısı Katya Aveyru koronavirus pandemiyası ilə əlaqədar fikirlərini bölüşüb.

"Report"un məlumatına görə, Aveyru şəxsi "Instagram"ında qardaşının COVID-19 testinin müsbət çıxmasına reaksiya verib.

"Kriştianu bütün dünyanı oyatmağa kömək etsə, aydın olacaq ki, bu portuqaliyalını Allahın özü göndərib. Çox sağ ol! İnanıram ki, minlərlə insan da mənim kimi pandemiya, testlər, ehtiyat tədbirlərini anlayacaq. Bu, həyatımda ən böyük fırıldaqçılıqdır. Bu gün "Bəsdir dünyanı aldatdınız" ifadəsini oxuyaraq, alqışladım. Zəhmət olmasa, gözlərinizi açın" deyə o bildirib.

Qeyd edək ki, Kriştianu Ronaldu 10 gün özünü təcrid etməli və "Yuventus"un ən azı iki oyununu buraxmalıdır.

Son xəbərlər

Orphus sistemi