Ronaldu "Yuventus"la 3-cü, karyerasında 31-ci mükafatı udub

Ronaldu "Yuventus"la 3-cü, karyerasında 31-ci mükafatı udub Turin "Yuventus"u "Sampdoriya"ya 36-cı turda 2:0 hesabı ilə qalib gələrək İtaliya çempionatının qalibi olub.
Futbol
27 İyul , 2020 03:40
Ronaldu Yuventusla 3-cü, karyerasında 31-ci mükafatı udub
Kriştianu Ronaldu

Turin "Yuventus"u futbol üzrə İtaliya A Seriyasının XXXVI turunun son matçında "Sampdoriya"ya 2:0 hesabı ilə qalib gələrək İtaliya çempionatının qalibi olub.

"Report" xəbər verir ki, bu, portuqal hücumçu, 35 yaşlı Kriştianu Ronaldunun A Seriyanda ikinci ardıcıl, "Yuventus"un heyətində isə üçüncü nailiyyətidir. Çünki 2018-ci ildə o həmçinin İtaliya Super Kubokunun qalibi olub.

Onun hesabında klub karyerasında 31 mükafat var. Onlardan biri "Sportinq"lə, doqquzu "Mançester Yunayted"lə, on beşi "Real"la, üçü "Yuventus"la əldə edilib. Ronaldu daha iki qənimətə Portuqaliya yığmasının heyətində nail olub. Bunlar AVRO-2016 və Millətlər Liqasının 2018/2019 mövsümüdür.

Ronaldu "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının 32 matçda (hamsında əsas heyətdə) iştirak edib, 31 qol vurub (12 penalti), həmçinin 6 məhsuldar ötürmə edib.

Futbolçunun klubla müqaviləsi 2022-ci il ilə qədər qüvvədədir.

Son xəbərlər

Orphus sistemi