Bakı. 29 avqust. REPORT.AZ/ İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu Portuqaliya millisinin qarşıdakı oyunlarını buraxmağı qərara alıb.
"Report" "Sky Sports"a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu bu addımı bütün diqqətini klubundakı çıxışına yönəltmək üçün atıb.
Portuqaliya yığması sentyabrın 6-da Xorvatiya ilə yoldaşlıq görüşündə, sentyabrın 10-da isə İtaliya ilə Millətlər Liqası matçında üz-üzə gələcək. Ronaldu milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə müddətindən faydalanmaq niyyətindədir. Təcrübəli oyunçu klubuna tam uyğunlaşmağı və onun bir hissəsinə çevrilməyi hədəfləyib.
Qeyd edək ki, Kriştianu Ronaldu "Yuventus"un heyətində A Seriyasında 2 oyuna çıxsa da, qol vura bilməyib.