Ronaldu rəsmi matçlarda qolların sayı üzrə Pele ilə bərabər oldu

Ronaldu rəsmi matçlarda qolların sayı üzrə Pele ilə bərabər oldu "Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Krotone"yə (3:0) qarşı 25-ci turunun oyununda növbədi dəfə fərqlənib
Futbol
3 Mart , 2021 04:27
Ronaldu rəsmi matçlarda qolların sayı üzrə Pele ilə bərabər oldu
Kriştianu Ronaldu və Pele

"Yuventus" futbol komandasının hücumçusu Kriştianu Ronaldu İtaliya çempionatının "Krotone"yə (3:0) qarşı 25-ci turunun oyununda növbədi dəfə fərqlənib.

“Report” xəbər verir ki, bu, portuqaliyalı üçün karyerası ərzində keçirdiyi rəsmi görüşlərdə 766-cı qol olub.

Beləliklə, Ronaldu bu göstərici üzrə əfsanəvi braziliyalı futbolçu Pele ilə bərabər olub. Dünya futbolunda Yozef Bikan məhsuldarlıq üzrə lider olaraq qalır. Sonuncunun aktivində 805 qol var. Siyahıda ikinci yerdə daha bir braziliyalı Romarionun adı yer alıb. O, 772 dəfə rəqib qapılarına yol tapıb.

Son xəbərlər

Orphus sistemi