Ronaldu oyundan sonra komanda yoldaşına tüpürüb

Ronaldu oyundan sonra komanda yoldaşına tüpürüb İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.
Futbol
13 Fevral , 2022 19:11
Ronaldu oyundan sonra komanda yoldaşına tüpürüb

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu "Sautgempton"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın XXV tur matçında komanda yoldaşı Entoni Elanqaya tüpürüb.

"Report"un "Daily Express"ə istinadən məlumatına görə, hadisə final fitindən sonra baş verib. Portuqaliyalı hücumçunun bu hərəkəti bilərəkdən etmədiyi iddia olunub.

Qeyd edək ki, Kriştianu Ronaldu 6 oyundur qol vura bilmir. 37 yaşlı forvard bu mövsüm ölkə çempionatında 20 qarşılaşmada 8 dəfə fərqlənib.

Son xəbərlər

Orphus sistemi